"Qəbələ" dünən 2025/26 mövsümünün hazırlıqlarına başlayıb.Sport1.az xəbər verir ki, komanda doğma şəhərdə təlim-məşq toplanışına start verib.
Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv fiziki və texniki məşq keçiblər.
Hazırlıq prosesində maraqlı hadisə yaşanıb. "Qəbələ"nin kapitanı Asif Məmmədov hazırlıq prosesinə məşqçi kimi çıxıb. O, yeni mövsüm "qırmızı-qaralar"da oynayan məşqçi olacaq.
Qeyd edək ki, 38 yaşlı futbolçu 2015/16 mövsümündən bölgə təmsilçisində çıxış edir.
Sport1.az