İngiltərə yığması gənclər arasında futbol üzrə Avropa Çempionatının final oyununda Almaniyaya əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.
Sport1.az xəbər verir ki, həlledici oyun Slovakiyada keçirilib. Qaliblərin qollarını Harvi Elliott (5-ci dəqiqə), Omari Hatçinson (25) və Conatan Rou (92) vurub. Almaniyadan Nelson Viper (45+1) və Pol Nebel (61) fərqlənib.
Üçüncü yeri Niderland və Fransa komandaları bölüşüblər.
Sport1.az