Millimiz son oyununda da məğlub oldu

Bölmə adı Milli
Yayımlandı 1-12-2025, 17:46

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində bu gün 3-cü oyununa çıxıb.

Sport1.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR