Azərbaycanın voleybol üzrə U-20 millisi Avropa Çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən çempionatında 5-ci olub.
Sport1.az xəbər verir ki, Gürcüstanda baş tutan yarışda komandamız Polşa və Latviya seçmələrinə hər iki qarşılaşmada uduzub.
Voleybolçularımız meydan sahiblərini məğlub edərək (3:1) beşinci pillədə qərarlaşıb.
EEVZA çempionatının qalibi isə Ukrayna yığmasını üstələyən Polşa millisi olub - 2:3.