AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin bu gün keçirdiyi hər iki qarşılaşmanı izləyib.
Sport1.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino da Hövsan Yarış Kompleksini ziyarət edib.
Qurum rəsmisi müxtəlif qarşılaşmaları izləyib, yarış meydançalarında olub, futbolçular və turnirin təşkilində çalışan əməkdaşlarla söhbət edib.
FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində qarşılaşmalar növbəti oyun günlərində də davam edəcək.