son dəqiqə SON DƏQİQƏ
Murad "Pafos"un heyətində sonradan oyuna daxil olsa da... ● QƏRAR: "Sumqayıt"ın "Şəfa" ilə ev oyununun yeri dəyişdirilib ● "Araz-Naxçıvan" darmadağınla, "Marafon" 1 qolla qələbə qazandı ● Millimizin üzvü mükafatlandırıldı ● Azərbaycan çempionatının yeni mövsümünün püşkatması olub ● Arsen Venger ustad dərsi keçib ● Hidayət Heydərov qərarını açıqladı ● Abşeron-Xızı çempionatı keçiriləcək ● "Sabah"ın futbolçusu rəhbərliyə 1,2 milyonluq vingeri məsləhət gördü ● Günün oyunları: ● Qadın güləşçilərimiz 1/8 finalda uduzdu, Abbasov medalsız qaldı ● Millimiz yığmanı məğlub etdi ● Bölgə klubunda yeni baş məşqçi ● Azərbaycan çempionundan ayrılıb Bundesliqa klubuna gedir ● Asiya Kuboku: Yarışda Azərbaycanı təmsil edəcək cüdoçular ● FİFA U-15 Dünya Çempionatı: Milli komandamızın növbəti rəqibi bəllidir ● CEV Çelenc Kuboku: Təmsilçisimiz Danimarka klubu ilə üz-üzə gələcək ● Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Polşada mübarizəyə başlayır ● FİBA Çempionlar Liqası: "Sabah" bu gün ilk ev matçına çıxır ● Nihat qızıl medalın astanasındadır, Həsrət bürünc medala ümid edir ● "Qızıl top"un qalibi müəyyənləşdi ● Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ●

"Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var

Bölmə adı Neftçi / Manşet
Yayımlandı Dünən, 14:11

"Neftçi" Misli Premyer Liqasının 9-cu turunda "Turan Tovuz"la heç-heçə edib - 1:1.

"Ağ-qaralar"ın yarımmüdafiəçisi Qustavo Klismanın Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 9-cu turunda "Turan Tovuz"la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Çətin oyun olacağını bilirdik. "Turan Tovuz"a qarşı matçlar həmişə ağır keçir. Düzdür, bu, həmin rəqibə qarşı ilk oyunum idi və qarşılaşmanın nə dərəcədə çətin olduğunu özüm də gördüm. Üstəlik, bu gün belə bir komandaya qarşı 10 nəfərlə mübarizə aparmalı olduq. Buna baxmayaraq, hər birimiz meydanda əlimizdən gələni etməyə, daha çox mübarizə aparmağa və qaçmağa çalışırdıq.

- Qırmızı vərəqəni saymasaq, qələbə qazanmağınız üçün nə çatmadı?

- Azlıqda qalsaq da, qalib gələ bilərdik. Bir neçə qol epizodumuz oldu, amma təəssüf ki, onlardan faydalana bilmədik. Həftə ərzində səhvlərimizi aradan qaldırmaq üçün çalışacağıq ki, növbəti oyunda təkrarlamayaq.

- Ardıcıl 2 oyunda qapıçı səhvinə görə xal itirmək komandaya necə təsir edir?

- Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik. Təkcə qapıçıda səhv olmayıb. Rəqib qapımıza yol tapıbsa, bunda hücumun da, orta xəttin də, müdafənin də səhvi var.

- "Qarabağ"la oyunda möhtəşəm azarkeş dəstəyi var idi. Həmin matçdan sonra "Turan Tovuz"la görüşdə fanatların sayını az olması sizi məyus etdi?

- Məncə, "Turan Tovuz"la matçda da kifayət qədər azarkeş var idi. Onlar bizi sonadək dəstəklədilər və bu dəstək bizə çox kömək oldu. Sadəcə, azarkeşlərimizdən xahiş etmək istəyirəm ki, hər oyunda yanımızda olsunlar.

- Ardıcıl 3 heç-heçədən sonra "Neftçi" qələbə həsrətinə Şamaxıda son qoya biləcək?

- Bizi qarşıda heç də asan oyun gözləmir. Ümumiyyətlə, Azərbaycan çempionatında demək olar ki, heç bir görüşdə əvvəldən qələbə qazanacağını əminliklə söyləyə bilmərsən. Buna baxmayaraq, bizim məqsədimiz hər matçda qalib gəlməkdir. “Şamaxı” ilə səfər görüşündə də meydana yalnız 3 xal üçün çıxacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR