Kişi voleybolçuların Super Liqasında 2-ci turun oyunları oktyabrın 28-i və 30-u keçiriləcək.
Sport1.az xəbər verir ki, turun ilk iki qarşılaşması oktyabrın 28-də keçiriləcək.
Saat 16:00-da GİN-in Voleybol Mərkəzində "ORDU" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Saat 17:00-da FHN-in idman zalında "Xilasedici" ilə "Azərreyl" qarşılaşacaq.
Turun son oyunu oktyabrın 30-da keçiriləcək.
Saat 17:00-da GİN-in Voleybol Mərkəzində "Murov Az Terminal" və “Gənclər" komandaları qarşılaşacaqlar.