Stolüstü tennisçi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.
Sport1.az xəbər verir ki, öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.
Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.