"Sabah" Misli Premyer Liqasının tarixi rekordunu təkrarlayıb.
Sport1.az xəbər verir ki, komanda cari mövsüm 1 qol buraxıb və bu, 8 oyunda orta hesabla 0,125 top mənasını verir.
1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb.
Buna sonuncu dəfə 2016/17 mövsümündə "Qəbələ" nail olub.
2001/02 mövsümündə "Neftçi"nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra "Xəzər Lənkəran" təkrarlayıb.