son dəqiqə SON DƏQİQƏ
"Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ● Avropa Çempionatı başa çatdı: 10 idmançımız Türkiyədə medal qazandı ● "Klubda belə hallar baş verəcəksə, gedənlərin yerini gücləndirməliyik" ● "Dünya futbolunda da olan hallardır, bunu düşünüb oyuna hazırlaşmışdıq" ● "Dalğa Arena"da qolsuz heç-heçə ● "Həm birinci, həm də ikinci qolda səhvlərimiz oldu" ● "Şamaxı"ya sürpriz etmək istəyirdik" ● "Şamaxı"nın seriyası Yevlaxda qırıldı ● "İmişli" "Şamaxı"nı məğlub edib, Mərdəkanda "sülh" qeydə alındı ●

Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı

Bölmə adı Neftçi / Manşet
Yayımlandı Bu gün, 14:29

"Neftçi" Misli Premyer Liqasının 9-cu turunda "Turan Tovuz"la qarşılaşıb - 1:1.

Paytaxt təmsilçisinin qapıçısı Emil Balayevin Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Açığı, qarşılaşma düşündüyümüz kimi alınmadı. 30-cu dəqiqədə qırmızı vərəqə aldıq, azlıqda qaldıq. Buna baxmayaraq, sağ olsun uşaqlar, özümüzdə güc tapdıq, qol vurduq. Düzdür, ikinci hissədə də qapımızda qol gördük. Ən azından döyüşdük. Bütün komandamıza, hər bir oyunçuya təşəkkür edirəm, axıra qədər döyüşçü ruhu ilə mübarizə apardılar.

- "Neftçi" əsas rəqiblərdən heç birinə uduzmasa da, eyni zamanda qalib də gələ bilmədi. Bunu necə qiymətləndirirsiniz?

- Baş məşqimiz də demişdi. Keçən oyunlarda xal qazanmadıq, əksinə, xallar itirdik. Hamı üçün aydındır, “Neftçi” yaxşı nəticələr uğrunda mübarizə aparır. İndi belə alındı. 3 oyuna 3 xal qazandıq. Hardasa demək olar ki, 6 xal itirdik. Analizlər aparacağıq. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq.

- Fərdi götürsək, qolda sizin səhviniz var idi, ötən oyunda da Rza səhvlərlə yadda qalmışdı. Xallar belə-belə gedir...

- Məni bağışlayın, səhv söhbətində qapıçı məşqçiləri qərarlaşdırır. Sağ olun (miks-zonada müsahibəni yarımçıq dayandırdı).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR