
PSJ-nin sabiq qapıçısı Aleksandr Letelye komanda yoldaşı olmuş Neymarla bağlı çox az adama məlum olan detalı üzə çıxarıb.
Sport1.az L’Equipe-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun klaustrofobiyası (qapalı məkan qorxusu) səbəbindən qapıları bağlamadığı bildirilir.
Letelye qeyd edib ki, “Kamp de Loş” bazasında bir dəfə tualetə daxil olanda Neymarın qapını tam açıq saxlayaraq oturduğunu görüb. Əvvəlcə vəziyyəti anlaya bilməyən sabiq qolkiper daha sonra komanda yoldaşı Abdu Diallodan bunun səbəbini öyrənib. Diallo Neymarın qapalı məkanlarda özünü narahat hiss etdiyini və bu səbəbdən heç vaxt qapını bağlamadığını deyib.
Qeyd edək ki, Neymar hazırda Braziliyanın “Santos” klubunda çıxış edir.