Neymarla yeni müqavilə - RƏSMİ

Bölmə adı Futbol
Yayımlandı 25-06-2025, 09:29

“Santos” klubu Neymarla müqaviləni uzadıb.

Sport1.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, 33 yaşlı hücumçu ilə 2025-ci ilin sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, məşhur futbolçu “Santos”un yetirməsidir. O, Braziliya klubu ilə ilk peşəkar müqaviləsini 2008-ci ildə imzalayıb. 2013-cü ildə hücumçu "Barselona"ya keçib. Neymar 2025-ci ilin yanvarında azad agent kimi yenidən “Santos”a qayıdıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR