
PSJ 19 yaşlı cinah oyunçusu Dezire Duenin müqaviləsini uzatmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, Paris təmsilçisi gənc futbolçu ilə anlaşmanı 2030-cu ilə qədər uzatmaq və onun maaşını xeyli artırmaq niyyətindədir. Duenin hazırkı müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir.
Ötən mövsüm fransalı yarımmüdafiəçi parlaq performans sərgiləyib: 61 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib və Çempionlar Liqası, Liqa 1, Fransa kuboku və Superkubok daxil olmaqla 4 titula sahib çıxıb. O, həmçinin Golden Boy–2025 mükafatının qalibi olub.
Cari mövsümdə isə zədə səbəbindən cəmi 8 oyunda iştirak edib və 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu oktyabrın sonundan bud əzələsindəki problemə görə meydanlardan uzaq düşüb.