
“Karvan-Yevlax”ın futbolçusu Süleyman Əhmədov uzun müddətdir yaşadığı zədə səbəbindən meydana çıxmır.
Sport1.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Misli Premyer Liqasının 10-cu turunda keçirilən “Karvan-Yevlax” – “Zirə” oyunu (2:3) zamanı ayağından ciddi xəsarət alıb. Həkim müayinələrindən sonra futbolçunun əməliyyata ehtiyac duyduğu müəyyənləşdirilib.
Əldə etdiyimiz məlumata görə, Süleyman Əhmədov hazırda müalicə və əməliyyat prosesinin maliyyələşdirilməsi ilə bağlı çətinlik yaşayır. Klub rəhbərliyinin xərcləri qarşılamaması səbəbindən oyunçu faktiki olaraq ortada qalıb və zəruri tibbi müdaxiləni hələlik həyata keçirə bilmir.