son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Millimiz Latviya və Çexiya ilə eyni qrupda

Bölmə adı Futbol
Yayımlandı 19-06-2026, 15:00

Bu gün İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.


Sport1.az xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb. İkinci səbətdə yer alan millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi. Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq.


Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.


1-ci qrup

Ermənistan

Macarıstan

İsveç


2-ci qrup

Fransa

Moldova

Monteneqro


3-cü qrup

Xorvatiya

Almaniya

Litva


4-cü qrup

İspaniya

Finlandiya

Şimali Makedoniya


5-ci qrup

Polşa

Bosniya və Herseqovina

Şimali İrlandiya


6-cı qrup

Qazaxıstan

Belarus

Albaniya


7-ci qrup

Portuqaliya

Rumıniya

Danimarka


8-ci qrup

Niderland

Serbiya

Andorra


9-cu qrup

Ukrayna

Slovakiya

Estoniya


10-cu qrup

İtaliya

Gürcüstan

Kosovo


11-ci qrup

Sloveniya

Belçika

Norveç


12-ci qrup

Çexiya

AZƏRBAYCAN

Latviya


Püşkatma və oyunların keçirilmə tarixləri


Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027


Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027


Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi: 12-21 aprel 2027


Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027


Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027


Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028


Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR