
2026-cı il dünya çempionatında C qrupunun II turunun daha bir oyunu keçirilib.
Sport1.az xəbər verir ki, Braziliya millisi Haiti ilə qarşılaşıb.
Filadelfiyada keçirilən görüş “sambaçılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Braziliyanın heyətində Mateus Kunya dubl edib. Digər qolu isə Vinisius Junior vurub.
Bu nəticədən sonra Braziliya turnirdə ilk qələbəsini qazanıb və xalını 4-ə çatdırıb. Haiti isə ikinci oyununda da meydanı məğlub tərk edib.
Qeyd edək ki, C qrupunun digər matçında Mərakeş Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib.