
II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Göygöl” futbol klubunun üzvü Taleh Hüseynzadə mükafatlandırılıb.
Sport1.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.