son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

“Real”ın futbolçusu La Liqada klubunu dəyişə bilər

Bölmə adı İspaniya
Yayımlandı 19-06-2026, 21:56

“Real”ın müdafiəçisi Fran Qarsiya yay transfer pəncərəsində komandadan ayrıla bilər.


Sport1.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanan klublardan biri də “Betis”dir.


Andalusiya təmsilçisi futbolçunun transfer şərtlərini öyrənmək üçün Madrid klubu ilə ilkin təmaslar qurub.


Məlumata görə, “Betis” Fran Qarsiyanı sol müdafiə xəttinə əsas namizədlərdən biri hesab edir. Lakin transferin reallaşması üçün həm “Real”ın tələb etdiyi məbləğ, həm də futbolçunun maaşı ilə bağlı məsələlərin həlli vacibdir.


Qeyd edək ki, Fran Qarsiyanın “Real”la müqaviləsi davam edir. İspan müdafiəçi ötən mövsüm bütün turnirlərdə 40-dan çox oyunda forma geyinib. “Betis”in transfer üçün təxminən 10 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR