son dəqiqə SON DƏQİQƏ
“Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ●

“Hər kəs güzgüyə baxmalıdır” – Van Deyk komandanı tənqid etdi

Bölmə adı İngiltərə
Yayımlandı 23-11-2025, 12:28

“Liverpul”un kapitanı Vircil van Deyk Premyer Liqanın 12-ci turunda evdə “Nottingem Forest”ə 0:3 hesabı ilə uduzulan görüşdən sonra komandanın durumunu dəyərləndirib.

Sport1.az xəbər verir ki, niderlandlı müdafiəçi Sky Sports-a açıqlamasında yaranmış vəziyyətdən ciddi narahat olduğunu bildirib:

“Çox asan qollar buraxırıq. İlk 30 dəqiqədə yaxşı oynadıq, imkanlar yaratdıq, amma yenə standart vəziyyətdən qol gördük. Həmin epizodda Alissona mane olub-olmadığını müzakirə etmək olar, amma qərar dəyişmədi. Ümumilikdə kifayət qədər yaxşı deyildik. Epizodlarda, ikili mübarizələrdə tələsirdik. Hazırda vəziyyət ağırdır”.

Komandanın psixoloji durumundan danışan Van Deyk fikirlərini belə davam etdirib:

“Qol buraxandan sonra gərginlik artır. Hamı tez bərabərlik tapmağa çalışdığı üçün tələskənlik yaranır. Çətin dönəmdəyik və buradan çıxış yolu tapmalıyıq. Açığı, bu mövzunu media qarşısında deyil, paltardəyişmə otağında müzakirə etməyi üstün tutardım. Bu, bizim üçün çox ağır gün oldu”.

Təcrübəli futbolçu kollektivdəki atmosferlə bağlı narahatlığını da gizlətməyib:

“Bu vəziyyəti qəbul edib daha çox çalışmalıyıq. Mövsüm ərzində bir neçə dəfə demişəm — hələ ki, alınmır, amma davam etməliyik. Komandadakı ab-hava yaxşı deyil. Hər kəs güzgüyə baxmalıdır”.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 11-ci pillədə qərarlaşıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR