
Xorvatiya çempionatının 14-cü turunda bir sıra oyunları keçirilib.
Sport1.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi "Varajdin" səfərdə Zaqreb "Dinamo"suna 1:3 hesabı ilə uduzub.
Abdullazadə bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
Hazırda "Varajdin" 19 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.