Millimiz 4 pillə gerilədi

Bölmə adı Milli
Yayımlandı 19-11-2025, 21:10

FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Sport1.az xəbər verir ki, Azərbaycanın mövqeyində geriləmə qeydə alınıb. Ayxan Abbasovun çalışdırdığı yığma ötən ayla müqayisədə 4 pillə aşağı enərək 1132.97 xalla 127-ci sırada qərarlaşıb. Komanda oktyabr reytinqində 142.25 xal toplayaraq 123-cü yerdə idi.

Siyahının lideri dəyişməyib — İspaniya 1877.18 xalla dünya reytinqinə başçılıq edir.

Müəllif: Zafar Hajili