son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

Benzema Zidanın milliyə mümkün gəlişini dəyərləndirdi

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 18-11-2025, 18:14

Kərim Benzema Zinəddin Zidanın Fransa millisinin yeni baş məşqçisi ola biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Sport1.az “L’Équipe”ə istinadən xəbər verir ki, təcrübəli forvard həmvətəninin bu posta tam uyğun olduğunu düşünür:

“Zizu millinin baş məşqçisi olmaq üçün lazım olan hər şeyə sahibdir. O, bunu “Real Madrid”də çoxdan sübut edib. Mənim onun dönəmində yığmaya qayıtmağıma gəlincə, hazırda Fransa millisindən uzağam. Amma gələcək heç vaxt bilinmir. Hazırda diqqətimi yalnız mövcud işimə yönəltmişəm”.

Qeyd edək ki, Fransada yayılan məlumatlara görə, Zidan Didye Deşamın yerinə millinin yeni baş məşqçisi ola bilər. O, “Real Madrid”i 2016–2018 və 2019–2021-ci illərdə çalışdırıb və həmin müddətdə 3 dəfə Şampiyonlar Liqasını, 2 dəfə La Liqanı və 2 dəfə İspaniya Superkubokunu qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR