son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

Azərbaycan millisinin üzvü üzr istədi

Bölmə adı Milli
Yayımlandı 13-11-2025, 23:31


Azərbaycan millisinin heyətində oynamış və hazırda “Sivasspor”un formasını geyinən Mert Çelik haqqında Türkiyə Futbol Federasiyasının apardığı mərc araşdırması çərçivəsində verilən 45 günlük uzaqlaşdırma qərarı gündəm olub.

Sport1.az bildirir ki, 25 yaşlı müdafiəçi məsələ ilə bağlı ilk dəfə olaraq şəxsi sosial media hesabında açıqlama yayıb və yaşananlarla bağlı mövqeyini bölüşüb:

“Bir müddətdir Türkiyə Futbol Federasiyasının gündəmində, adımın da hallandığı və nüfuzumuza zərər verən bir məsələ səbəbindən dərin narahatlıq yaşayıram.

Uşaqlıq illərində bir internet saytına qeydiyyatdan keçməyimin illər sonra qarşıma çıxan cəzasının ağrısını son günlərdə daha dərindən hiss edirəm. Ailəmə, yaxınlarıma və bütün Sivas xalqına yaşatdığım bu vəziyyət qarşısında duyduğum utancı sözlərlə ifadə etmək mümkün deyil. Yenə də, ən yüngül cəza ilə bu prosesi geridə qoyduğum üçün bir qədər təsəlli tapıram.

Bu müddət ərzində gecə-gündüz demədən çalışmalarımı davam etdirəcəyimdən heç kimin şübhəsi olmasın.

Meydana qayıtdığımda Sivas xalqı və böyük “Sivasspor” üçün tərimin son damlasına qədər mübarizə aparmağa davam edəcəyəm. Gündəmi məşğul etdiyim üçün bütün "Sivasspor" ailəsindən səmimi şəkildə üzr istəyirəm”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR