son dəqiqə SON DƏQİQƏ
“Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ●

Haalandın dublu "Siti"yə qələbə qazandırdı

Bölmə adı İngiltərə
Yayımlandı 2-11-2025, 22:51

İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Siti” doğma meydanda “Bornmut” üzərində 3:1 hesablı qələbə qazanıb.

Sport1.az xəbər verir ki, Pep Qvardiolanın kollektivi bu nəticə ilə turnir cədvəlində ikinci pilləyə yüksələrək “Liverpul”u arxada qoyub və lider “Arsenal”la xal fərqini altıya endirib.

Matçın qəhrəmanı norveçli hücumçu Erling Haaland olub. O, ilk hissədə cəmi 15 dəqiqə ərzində iki dəfə fərqlənib. Hər iki qolun ötürməsini komandaya “Lion”dan yeni qoşulan fransız cinah oyunçusu Rayan Şerki verib.

“Bornmut” 25-ci dəqiqədə Tayler Adamsın qolu ilə hesabı bərabərləşdirsə də, 32-ci dəqiqədə Haaland yenidən səhnəyə çıxaraq “şəhərliləri” önə keçirib. Görüşün yekun nəticəsini isə 60-cı dəqiqədə gənc futbolçu Niko O’Rayli müəyyənləşdirib — 3:1.

Zədəsini geridə qoyan Rodri də uzun fasilədən sonra meydana dönüb. O, 90-cı dəqiqədə Bernardu Silvanı əvəzləyib.

Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu Çempionlar Liqasının Liqa mərhələsində “Borussiya Dortmund”a qarşı keçirəcək. Qvardiolanın komandası daha sonra noyabrın 9-da — mövsümün ən maraqlı qarşılaşmalarından biri olan “Liverpul”la üz-üzə gələcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR