son dəqiqə SON DƏQİQƏ
“Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ●

Van Deyk: “Runinin keçən il səsi çıxmırdı”

Bölmə adı İngiltərə
Yayımlandı 2-11-2025, 20:50

“Liverpul”un kapitanı Vircil van Deyk komandanın liderlərini hədəf alan Ueyn Runinin açıqlamalarına cavab verib.

Sport1.az xəbər verir ki, niderlandlı müdafiəçi keçmiş hücumçunun fikirlərini ədalətsiz adlandırıb:

“Keçən il Runidən belə sözlər eşitməmişdim. Bu məni narahat etmir, amma fikrimcə, onun dedikləri bir qədər səthidir. Hər şey yaxşı gedəndə heç kim danışmır, amma son vaxtlar nəticələr istədiyimiz kimi olmayanda tənqidlər artır. Bu, yaşadığımız dünyanın reallığıdır”.

Van Deyk həmçinin məsuliyyətin hər zaman liderlərin üzərində olduğunu vurğulayıb:

“Kapitan və baş məşqçi kimi, işlər qaydasında getməyəndə sualların bizə yönəlməsi təbiidir. Mən hər zaman özüm üçün yox, komanda və klub üçün oynamışam. Hər oyunda qalib gəlmək istəyirəm, amma çətin anlarda əsas məqsədim komanda yoldaşlarıma kömək etməkdir. Onların maraqlarını öz maraqlarımdan üstün tutmağa çalışıram. İnsanlar uduzanda çox sual verir, amma bu da futbolun bir hissəsidir”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR