son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Güləşçimiz finalda

Bölmə adı Güləş
Yayımlandı 26-06-2025, 21:19

Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.

Sport1.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

33 kq

Ülviyyə Musayeva rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub.

36 kq

Gülay Xasməmmədova rumıniyalı Ariana Harsana 15:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya “tuş”la məğlub uduzub.

39 kq

Yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova macarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinala yüksəldi. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

42 kq

Yağmur Məlikli 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova eyni mərhələdə ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.

46 kq

Nuray Cəfərli polşalı Karolina Qvodza 6:0 hesabıya qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

50 kq

Günel Kərimli təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya “tuş”la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

54 kq

Məryəm Əmrəli türkiyəli Asya Cintasa 9:2, makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovska keçilməz olub – 2:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

58 kq

İnci Abdullayeva ilk mərhələdə gürcüstanlı Ana Tsereteliyə “tuş”la məğlub olub.

62 kq

Rəna Nuriyeva serbiyalı Nikoleta Saboya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10 hesabıyla məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.

66 kq

Simurə Abdullayeva bolqarıstanlı Veronika Stoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabıyla, serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda isə belaruslu Kamila Rudziankovaya heç bir şans tanımayıb – 10:2. Şəmkir güləş məktəbinin yetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.

Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.

Müəllif: Sport1.az