son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

"Biz işimizi sosial şəbəkə üzərində qurmuruq" - Elmar Baxşıyev

Bölmə adı Konfrans Liqası
Yayımlandı 7-08-2025, 22:24

Bu gün “Araz-Naxçıvan” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. Matç təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

"Ağır oyun alındı. Düşünürdük ki, komanda olaraq müqavimət göstərə bilərik. Bilirdik ki, rəqibi təcrübəlidir. Zəif oynadıq. Qəbul etmək lazımdır. Bu tip oyunlarda bu sayda səhvlər nəticəsiz qalmır. Komanda olaraq, bəlkə də düzgün yanaşıb, davam etmək lazımdır".

- Bu nəticəni nəyə bağlayırsız?

- Cavabın üstündə İqor Ribeyrodan yenə soruşacaqsız. O, "Neftçi"nin futbolçusudur. Bizim üçün Ribeyro məsələsi bitib. Zəif oynadıq. Sırf müdafiəçilər yox, müdafiə planında axsayırdıq.

- "Omoniya"nın hücum gücünü keyfiyyətli olmasına baxmayaraq, "Araz-Naxçıvan" hücum futbolu oynadı. Bir az müdafiədən oynasaydız, nəticə fərqli olardı?

- Futbolda bir az olmur. Futbolda yanaşma var. İlk gündən bu komandanı daha çox hücumda görmək istəyirəm. Bu oyuna hazırlıq da sırf ancaq hücum edəcəyik deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı.

- Fasilədə oyunçulara nə dediz?

- Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, komandaya vermək istəsək də, birinci hissə ikinci hissədən seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etmək lazımdır.

- Bolinin zədəsi nə dərəcədə ciddidir?

- Zədəsi o qədər də ciddi deyil.

- Patrik Andrade və Felipe Santosun daha çox fərdi oyuna üstünlük verdilər sizcə?

- Yaxşı sual verdiniz. Müasir futbolda daha çox fərdi keyfiyyətlərə də önəm verirlər. O futbolçuların əlindən ala bilmərəm. Özgüvəni varsa, rəqibi keçmək də istəyəcək. Sırf Felipe və Andradenin individual hərəkətləri də nəticəyə təsir etmədi.

- "Omoniya"dan qorxdunuz deyə belə oldu?

- Qorxu yox idi. Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdır, yox. Sadəcə bəzən istəyirsən, o da alınmır. Normal qəbul etmək lazımdır.

- Demək olar ki, avrokubok sizin üçün bitdi. Komandanı toparlamaq nə dərəcədə realdır?

- Biz işimizi sosial şəbəkə üzərində qurmuruq. Hər bir insan sərbəstdir, öz fikrini bildirir. Birinci oyunqabağı da sual verirdilər ki, başlamamış, bitiblər. Amma komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR