son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Federasiyalar üçün seminar

Bölmə adı Digər
Yayımlandı 17-03-2025, 16:24

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman növləri üzrə federasiyalar üçün sosial media və marketinq ilə bağlı seminar keçirilib.

Sport1.az xəbər verir ki, seminarda MOK-un mətbuat katibi Murad Fərzəliyev, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, DMS Azərbaycan şirkətinin icraçı direktoru Zərxanım Ağayeva, sosial media və marketinq meneceri Səadət Mürsəliyeva və federasiya nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Səkinə Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb. O, “Paris-2024 Olimpiadası, hədəf və nəticələr” barədə çıxış edərək, bu yarışda MOK-un sosial media fəaliyyəti, qarşıdan gələn Avropa Gənclər Yay və Qış Olimpiya festivalları, VI İslam Həmrəyliyi Oyunları və Los-Anceles-2028 Yay Olimpiya Oyunları barədə də məlumat verib.

Murad Fərzəliyev “MOK-un kütləvi media layihələri” barədə danışıb. Bildirib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir. O, qeyd edib ki, MOK-un informasiya strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı, federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir.

DMS Azərbaycan şirkətinin nümayəndələri Zərxanım Ağayeva və Səadət Mürsəliyeva “instaqram və marketinq üzrə məsləhətlər və tövsiyələr” barədə danışıblar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR