son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Ehtiram Quliyev AFFA və PFL-dən elə şey istədi ki...

Bölmə adı Premyer Liqa
Yayımlandı 29-03-2025, 20:01

Tovuz şəhər stadionunda yeni istifadəyə verilmiş əsas korpus binasının açılış mərasimindən sonra qonaqlar inşası planlaşdırılan təlim-məşq bazasının salınacağı əraziyə baxış keçiriblər.

Sport1.az xəbər verir ki, qərb təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın baş katibi Cahangir Fərəcullayev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və digər qonaqlara gələcək planlar haqda ətraflı məlumat verib. Avqust-sentyabr aylarında Tovuz şəhər stadionunda süni örtüklü meydançanın təbii örtüklə əvəzlənməyinin nəzərdə tutulduğunu vurğulayan klub rəhbəri növbəti mövsümdə azarkeşlərdən uzaq qalmaqdan narahat olduğunu qeyd edib:

“AFFA və PFL rəhbərliyinə dəstəklərinə görə təşəkkürümü bildirirəm. Yeni əsas korpus binasının tamamlanmasından sonra Kürdəxanı layihəsi və digər infrastruktur layihələrimizə davam edirik. Yaxın günlərdə stadionumuzun UEFA standartlarına gətirilməsi üçün tələbləri yerinə yetirməyə başlayacağıq. Avqust-sentyabr aylarında Tovuz şəhər stadionunun meydançasını təbii örtüklə əvəzləməyi nəzərdə tuturuq. Lakin bir məqam məni narahat edir. Azarkeşlərimizin unikallığı, möhtəşəmliyi, komandalarına bağlılığı hər kəsə məlumdur. Mən komandanın azarkeşlərdən ayrı qalmasını düşünə bilmirəm. Qəbələdə, Bakıda, Sumqayıtda oynamaq bu dəstəkdən məhrum olmaqdır. Azarkeşlərimiz həqiqətən bizim 12-ci oyunçumuzdur. Tovuza yaxın olan Gəncə şəhər stadionunun III MDB Oyunlarına hazır olması gözlənilir. Burada futbol yarışları da müəyyən müddət davam edəcək. MDB oyunları zamanı klubların orada oyun keçirməsinin nə dərəcədə real olduğunu hələ bilmirik. Ona görə də həm AFFA həm də PFL rəhbərliyindən növbəti mövsümün birinci dövrəsinin bütün oyunlarını səfərdə keçirmək üçün köməklik göstərmələrini rica edirəm. Qeyd etdiyim kimi, bunu azarkeşlərimizdən, o möhtəşəm atmosferdən uzaq qalmamaq üçün istəyirik”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR