"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes komandasının "Liverpul"a qarşı qazandığı qələbə haqda danışıb.
Sport1.az xəbər verir ki, portuqaliyalı futbolçu Amorimə güvəndiyini xüsusi vurğulayıb:
“Bizim oyun quruluşumuz hər zaman rəqiblərə çətinlik yaradır. Uduzduğumuz zaman sistemdən danışmaq bir qədər ədalətsiz olur. Çünki qələbə qazananda da eyni sistemi tərifləyirik. Biz həmişə Amorimin qurduğu oyuna inanırıq. İstər qalib gələk, istər məğlub olaq. Amma əsas məsələ doğru anlarda doğru şeyləri etməkdir. Oyunun gedişində əziyyət çəkməli olduğumuz anlar da oldu və biz bunu bacardıq. Ən vacibi odur ki, eyni qaydada davam edək və qələbəyə aparan yolu qoruyub saxlayaq.”