son dəqiqə SON DƏQİQƏ
"Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri

"Futbolda ədalətsiz nəticələr olur" - Tacikistan millisinin baş məşqçisi

Bölmə adı Futbol / Manşet
Yayımlandı 29-09-2025, 16:37

Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.

Qəbələdə keçirilən futbol yarışında bu gün daha 2 qarşılaşma baş tutdu.

A qrupunda Tacikistan Qırğızıstanı darmadağın etdi - 7:1.

Qarşılaşmadan sonra qalib gələn komandanın baş məşqçisi Jafar Ahmedov Sport1.az-a açıqlamasında qələbə haqda bunları söylədi:

"Bizim üçün əla oyun oldu. Nəticə Qırğızıstan komandasının əsl gücünü göstərmir. Düşünürəm ki, rəqib çox yaxşı komandadır. Yaxşı futbolçulardan təşkil olunublar. Qarşılaşmaya yaxşı başladıq. Düzdür, oyunçularım hələ ki, hava şəraitinə uyğunlaşa bilməyiblər. Lakin bu gün qeyd etdiyim çətinliyin öhdəsindən gəldilər. Yaxşı hücumlar qurduq. Meydanda istədiklərimizi edə bildik. Sevindirici məqam budur ki, əlimizə düşən fürsətləri dəyərləndirə bildik. Qalib gəldikləri üçün futbolçularımı təbrik edirəm".

Mütəxəssis A qrupununda Azərbaycana 0:1 hesabı ilə məğlub olmaqlarının səbəbini də açıqladı:

"Futbolda bəzən ədalətsiz nəticələr olur. Düşünürəm ki, həmin oyunda daha üstün tərəf biz idik. Meydanda topa nəzarət edirdik. Azərbaycan millisi də yaxşı kollektivdir. Onların heyətində də güclü futbolçular. Əllərinə düşən şansdan maksimum istifadə etdilər. Bu yaş qrupu üzrə komandaların oyununda qol buraxandan sonra geridönüş etmək çox çətindir. Biz hücumlar edirdik. Lakin fərqlənə bilmədik. Bu səbəbdən də həmin görüşdə qalib gələ bilmədik".

Tacikistanlı məşqçi Azərbaycan - Qırğızıstan görüşü haqda da fikirlərini səsləndirdi:

"Oyunun nəticəsi barədə təxmin edə bilmərəm. Maraqlı qarşılaşma olacaq. Hər iki komanda yaxşı futbolçulara malikdirlər. Düşünürəm ki, gərgin oyun izləyəcəyik. Ümid edirəm ki, güclü olan tərəf qalib gələr".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR