Roma Şəhər Şurası “Roma” klubunun yeni arenasına dair sənədlər ilin sonuna qədər təqdim olunacağını təsdiqləyib.
Sport1.az xəbər verir ki, oktyabrın 15-də şəhər rəhbərliyi ilə klub nümayəndələri arasında təxminən 90 dəqiqə davam edən görüş ümumilikdə müsbət nəticələnib.
Tərəflər Avro-2032 oyunlarını qəbul edə biləcək müasir stadionun inşası ilə bağlı razılığa gəliblər. Uzun müddətdir yeni stadion planı üzərində çalışan paytaxt təmsilçisinin baş direktoru Lorenzo Vitali layihənin reallaşmağa yaxın olduğunu bildirib.