son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

Bölgə təmsilçisindən bəyanat: "Stadionu öz mülkiyyətimizə keçirmək istəyirik"

Bölmə adı Futbol
Yayımlandı 10-05-2025, 20:55

I Liqadan Premyer Liqaya vəsiqə qazanan "İmişli" bəyanat yayıb.

Sport1.az məlumatı olduğu kimi diqqətinizə çatdırır:

"Dəyərli “İmişli” Peşəkar Futbol Klubunun azarkeşləri!

Son zamanlar internet resurslarında klubumuza qarşı əsassız ictimai rəy formalaşdırılmağa çalışılmışdır. Bu, məqsədli şəkildə aparılmaqla yanaşı, "İmişli"nin heç bir dəyərini, vizyonunu və missiyasını əhatə etmir.

Nəzərinizə çatdırmaq istərdik ki, klubun ev oyunlarını oynadığı Heydər Əliyev adına İmişli şəhər stadionu bir dövlət qurumu və özəl müəssisənin mülkiyyətindədir. Bu arenada bizdən başqa, 3 klub II Liqa və Region Lqasında öz oyunlarını keçirir. Onlar da stadiondan icarə əsasında istifadə hüquqlarına malikdirlər. Klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə arenanın mülkiyyətinin alınması üçün müraciətlər etmiş, lakin təəssüflər olsun ki, bu, öz müsbət həllini tapmamışdır.

Bu mövsüm klub rəhbərliyi öz şəxsi vəsaitləri hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burada müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirmişdir. Dünya standartlarına əsasən bir təbii ot örtüyü üzərində həftə ərzində ən çoxu 1 oyun keçirilə bilər ki, hal hazırkı vəziyyətdə bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil.

Məsələnin müsbət həlli üçün AFFA-nın rəhbərliyi ilə müvafiq qurumlarla danışıqlar aparılması üçün müzakirələr təşkil olunmuş və məsələnin müsbət həlli istiqamətində dəstək alınmışdır. Əminik ki, qısa zamanda Ulu Öndər Heydər Əliyev adına İmişli şəhər stadionunun İmişli PFK-nın mülkiyyətinə keçirilməsi baş verəcək və biz UEFA kateqoriyası 3 meydançası üçün renovasiya işlərinə başlaya biləcəyik.

Bu gün "İmişli"nin uğurlarına sevinə bilməyənlər, uzun illər müxtəlif səviyyələrdə Bakıda oynayan və oynamaqda davam edən onlarla digər bölgə klubları haqqında sussalar da, əmin ola bilərlər ki, böyük futbol İmişlidə bizim klub sayəsində gözəl və baxımlı olacaqdır. Biz buna inanırıq!

Biz birlikdə güclüyük!"

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR