son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

Azərbaycanın futbol millisi Xankəndidə oynaya bilər - Nazirdən açıqlama

Bölmə adı Azərbaycan
Yayımlandı 7-08-2025, 12:56

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdəki yenidən tikilməkdə olan futbol stadionlarının durumu haqqında danışıb.

Sport1.az xəbər verir ki, o, "CBC Sport" telekanalına müsahibəsində əvvəlcə Xankəndi şəhər stadionundakı yenidənqurma işlərinə toxunub:

"Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi 3-cü MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək. Daha sonra da orada işlərimiz davam edəcək".

Nazirin sözlərinə görə, məqsəd növbəti illərdə Xankəndi şəhər stadionunun UEFA kateqoriyası almasıdır ki, həm millimiz, həm də digər komandalarımız orada oyunlarını keçirə bilsinlər.

F.Qayıbov Gəncə şəhər stadionundakı tikinti işlərindən də danışıb: "Ölkə başçısı tərəfindən qərar verildi ki, Gəncə şəhər stadionu yenidən qurulsun. Buna çox ehtiyac var idi. Məlum olduğu kimi, "Kəpəz" bir neçə ildir ev oyunlarını Gəncədə keçirə bilmir. Çünki stadion yararsız hala düşmüşdü. 2 ilə yaxındır ki, biz bu stadionu inşa edirik. MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək. Mənə görə, bu stadion Azərbaycanın ən yaxşı futbol arenası olacaq. Çox müasir standartlara cavab verəcək. Bu idman qurğusu şəhərin simvollarından birinə çevrilə bilər. Gəncə şəhər stadionu UEFA standartlarına cavab verən bir arena olacaq".

Qeyd edək ki, 3-cü MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR