son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

Tbilisidə yeni stadion tikiləcək - 70 min nəfərlik

Bölmə adı Digər Liqalar
Yayımlandı 18-08-2025, 21:16

Tbilisidə UEFA-nın IV kateqoriyasına uyğun, 70 000 tamaşaçı tutumuna malik yeni stadionun layihələndirilməsi və tikintisi üzrə tender elan edilib.

Sport1.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişafı Fondu məlumat yayıb.

Nazirliyin məlumatına görə, yeni stadion müasir çoxfunksiyalı arena olacaq. Burada futbol və reqbi matçları ilə yanaşı, konsertlər və digər yerli və beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Stadion Çempionlar Liqası və digər yüksək səviyyəli oyunlara ev sahibliyi edə biləcək imkanlara sahib olacaq.

Stadionun ərazisində ictimai mərkəzin fəaliyyət göstərməsi də nəzərdə tutulur. Layihəyə konfrans, sərgi, istirahət zonalarının, muzeyin və ticarət sahələrinin yaradılması daxildir.

Tikinti paytaxt Tbilisidə, hava limanı yaxınlığında — Lugar Tədqiqat Mərkəzinin yanında aparılacaq. Şəhərin müxtəlif istiqamətlərindən arenaya rahat gediş-gəliş üçün yeni nəqliyyat qovşaqlarının inşası da planlaşdırılır.

Layihənin hazırlanması UEFA ekspertləri ilə birgə həyata keçirilir. Beynəlxalq mütəxəssislər stadionun texniki tapşırıqlarından başlayaraq bütün mərhələlərində iştirak edəcəklər.

Yeni stadionun infrastrukturu xüsusi ehtiyaclı şəxslər üçün tam uyğunlaşdırılacaq. Tikinti və istismar mərhələlərində yüzlərlə yeni iş yeri yaradılacağı gözlənilir.

Rəsmi məlumata görə, bu layihə yerli iqtisadiyyata müsbət təsir göstərəcək — turizm, hotelçilik, ictimai iaşə və xidmət sahələrinin inkişafına təkan verəcək.

Stadionun istifadəyə verilməsi Gürcüstanda həm idman, həm də mədəni tədbirlərin keçirilməsi üçün mühüm platformalardan birinin formalaşmasına səbəb olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR