son dəqiqə SON DƏQİQƏ
Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı MPL: "Sabah"dan minimalhesablı qələbə, "Qarabağ" Sumqayıt səfərində Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası

"Ukrayna millisi ilə matçda yaxşı mübarizə aparacağımıza inanıram"

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 12-10-2025, 23:45

Azərbaycanın futbol üzrə millisinin baş məşqçisi Ayxan Abbasov komandanın Ukrayna ilə matçda yaxşı mübarizə aparacağına inanır.

Sport1.az xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

"Sabah bizi yenə gərgin oyun gözləyir. Ardıcıl iki səfər matçı keçirmək çətindir. Üç günlük fasilə var. Futbolçularımızda yorğunluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq.

Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Ukrayna da bu görüşə final kimi yanışır".

Ayxan Abbasov rəqibin İslandiya səfərində vacib qələbə qazandığını vurğulayıb:

"İslandiyada oynamaq bütün komandalar üçün çətindir. Ukraynanın bizimlə heç-heçə etdikdən sonra komandamıza yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Əgər gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".

Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR