"Zenit"in futbolçusu Du Keyroş "Sabah"ın formasını geyinəcək.
Sport1.az "Sport Ekspress" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi icarə əsasında "bayquşlar"ın formasını geyinəcək.
26 yaşlı braziliyalı karyerası ərzində "Korintians", "Qremio", "Sport Resife" və "Orenburq"da forma geyinib.
Xatırladaq ki, "Sabah" 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.