"Gəncəbasar" Misli Premyer Liqasında çıxış etmiş futbolçu ilə anlaşıb.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi Süleyman Əhmədovu transfer edib
26 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Müdafiəçi "Sumqayıt", "Səbail" və "Karvan-Yevlax"da da forma geyinib.
O, Premyer Liqada üç komandanın heyətində 130 oyuna çıxıb.
