Misli Premyer Liqasının startı "Zirə"nin ardıcıl 3 oyunda qələbə qazanması ilə əlamətdar olub.
Sport1.az xəbər verir ki, bu seriya sonuncu dəfə 2023/24 mövsümünə təsadüf edib.
Həmin vaxt da indiki kimi “Zirə” ardıcıl üç qələbəyə sevinib.
2017/18 mövsümündə də eyni göstəriciyə imza atan Bakı klubu tarixində 3-cü dəfə ilk üç matçda xal itirməyib.
Ümumilikdə isə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşündə qalib gəlib. Belə uğura 18 fərqli klub nail olub.