Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçiriləcək.
Sport1.az xəbər verir ki, sabah start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar.
U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq.
17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa Çempionatında ölkəmizi təmsil edəcəklər.