"Neftçi" çempionatın yaxşı futbol oynayan komandalarından biridir. Əzmkar mübarizə sərgiləyirlər".
Bu sözləri
Sport1.az-a açıqlamasında "Zirə"nin futbolçusu Eren Aydın deyib.
Türkiyəli oyunçu Misli Premyer Liqasının 3-cü turunun "Neftçi" ilə matçından sonra (1:0) "ağ-qaralar"ı yaxşı analiz etdiklərini bildirdi:
"Məşqlərdə xeyli güc sərf etmişdik. Qarşılaşma daha çox mərkəzdə keçdi. Hər şeyə rəğmən, qələbə qazana bildik.
Önümüzdə daha 3 ağır matç var. Premyer Liqanın ən yaxşı kollektivləri ilə qarşılaşacağıq. Əlimizdən gələni edib hamısında qələbə qazanmaq istəyirik".
Hücumçu növbəti turdakı rəqibləri "Sabah"ı çempionatın ən yaxşı oynayan komandası adlandırdı:
"Bunu Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla göstərdilər. İnşallah, orada Azərbaycanı ən yaxşı şəkildə təmsil edərlər.
Bizim onlarla oyunumuz çətin keçəcək. Xüsusilə, qarşılaşma onların meydanında olacaq. Meydandan ən yaxşı nəticə ilə ayrılmaq niyyətindəyik".
Eren Türkiyə təmsilçilərinin avrokuboklardakı mübarizələrindən də söz açdı:
"Avrokuboklarda 4 təmsilçimiz mübarizə aparacaq. Hər birinin heyəti çox yaxşıdır.
Super Liqanın qalibi olmaq istəyən komanda 34-35 tur inamlı mübarizə aparmalıdır. "Qalatasaray" çempionluq yolunda daha öndədir".