"Kəpəz" yenidən inşa olunan Gəncə şəhər stadionunda ilk ev oyununu keçirib.
Sport1.az xəbər verir ki, "sarı-göylər" Misli Premyer Liqasının 3-cü turu çərçivəsində "Turan Tovuz"u məğlub edib - 1:0.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları şəhid övladları ilə birlikdə qarşılaşmanı stadiondan izləyiblər.
Oyundan sonra Niyazi Bayramov şəhid övladları ilə görüşərək onlarla səmimi söhbət edib.
