“Gəncəbasar”dan yeni transfer

Bölmə adı I Liqa
Yayımlandı Bu gün, 20:38

“Gəncəbasar” gənc futbolçu Dinamin Bağırovla komandamıza keçidi ilə bağlı apardığı danışıqlar müsbət nəticələnib.

Sport1.az xəbər verir ki, yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanıb.

19 yaşlı oyunçunun son klubu "Cəbrayıl" olub.

Bağırov 21 yaşlılardan ibarət Azərbaycan yığma komandasına da dəvət alıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR