son dəqiqə SON DƏQİQƏ

Millimiz Özbəkistanla heç-heçə etdi

Bölmə adı Milli
Yayımlandı 9-10-2025, 18:27

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxıb.

Sport1.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama görüşü oktyabrın 12-də keçiriləcək.

Müəllif: Sport1.az