son dəqiqə SON DƏQİQƏ
Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● II Liqa: VI turun oyun cədvəli açıqlanıb ● “Mingəçevir Reqatası-2026”: Azərbaycan 22 medalla ikinci oldu ● Reytinq cədvəlinin ilk pilləsinə yüksəlib ● Azərbaycan - Lixtenşteyn: ● V turun oyun cədvəli bəlli olub ● "Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ●

Dünya Çempionatının oyunları Azərbaycanda bu 5 stadionda keçirilə bilər - ÖZƏL

Bölmə adı Dünya Çempionatı / Manşet
Yayımlandı 3-10-2025, 14:53

Dünən FİFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qurumun qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Dünya Çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Tarixi hadisədir. Ümid edək ki, mundial ölkə futbolunun inkişafına təkan verəcək.

Sport1.az-a Dünya Çempionatı ilə bağlı maraqlı məlumat daxil olub. Mundialın oyunları ölkəmizdə 5 stadionda keçiriləcək. Söhbət Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Gəncə Stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu və "Bank Respublika Arena"dan gedir.

Artıq məkanlarla bağlı ilkin məlumatlar FİFA-ya göndərilib. Ola bilər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda və "Bank Respublika Arena"da mundialla bağlı xırda təmir işləri aparılsın.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR