son dəqiqə SON DƏQİQƏ
Yığmamız UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı ● II Liqa: VI turun oyun cədvəli açıqlanıb ● “Mingəçevir Reqatası-2026”: Azərbaycan 22 medalla ikinci oldu ● Reytinq cədvəlinin ilk pilləsinə yüksəlib ● Azərbaycan - Lixtenşteyn: ● V turun oyun cədvəli bəlli olub ● "Kəpəz"də yeni sponsor ● "Murov Az Terminal" Azərbaycanlı oyunçu ilə müqavilə imzaladı ● Millimiz bu dəfə Kosovoya uduzdu ● Premyer Liqa klublarının yay transferləri ● "Qarabağ" "Zirə" ilə qarşılaşacaq ● "Neftçi" yoxlama matçına çıxacaq ● "Lənkəran" komandası yenidən Region Liqasında çıxış edəcək ● Millimiz Qubaya yollanıb ● Azərbaycan Basketbol Liqası: İki qarşılaşma buna görə təxirə salınıb ● Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir ● "Turan" "Fənərbağça"ya qarşı ● "Sumqayıt"dan nəcib addım ● Yeddi futbolçunun adı UEFA-ya göndərilən siyahıda yer almadı ● "Mingəçevir Reqatası-2026": Millimiz 22 medal qazanıb ● "Gəncəbasar"ın "Kəpəz"lə yoxlama matçının vaxtı dəyişdirilib ● Azərbaycan Basketbol Liqası: Qalib kluba əlavə mükafat veriləcək ● Daha bir azərbaycanlı hakim DÇ-nin əsas mərhələ matçına təyinat alıb ● Dünya Kubokuna start verildi ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● Millimizin rəqibindən rahat qələbə ● Portuqaliya yığması Danimarkaya, Niderland seçməsi Yunanıstana qarşı ● Günün oyunları: ●

AFFA-nın “ədalət dərsi”, yoxsa qisası? - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 3-10-2025, 13:57

Deyəsən, AFFA İntizam Komitəsi hər həftə eyni məşqi təkrarlayır: “İmişli”ni cərimələyək!

Qaydaları pozan çoxdur, amma qəribədir ki, İntizam Komitəsi bu kasıb bölgə klubunu sərt şəkildə cəzalandırır.

Belə başa düşürük ki, qərarlar adlara görə dəyişir: “Böyük”lərə bir az elastik, “kiçik”lər üçün isə dəmir kimi sərt.

Premyer Liqanın 5-ci turunun “İmişli” – “Zirə” oyunuda media sektoruna kənar şəxslər giribmiş. Bu səbəbdən də bölgə təmsilçisi 1000 manat cərimə olunub. Bəli, qayda var, amma gəlin bir az ədalətli olaq. İllərdir Premyer Liqada bu eyni halı görürük. Amma hansı “böyük” klub belə bir səbəbdən cəzalanıb? Heç biri! Deməli, problem qaydada yox, münasibətdədir.

Üstəlik, həmin oyunda güclü yağış yağırdı. Azsaylı tamaşaçılar da qaçıb stadionun yeganə bağlı yeri olan media sektoruna sığınmışdı. Normal insan bu vəziyyətdə anlayış göstərərdi. Amma oyunun AFFA nümayəndəsi belə etməyib. Əhsən, çox “ədalətli” yanaşmadır!

Gəlin, başqa sual verək: bu qədər yığılan cərimə pulları hara gedir? Təbii ki, bölgə futbolunun inkişafına, rayon stadionlarının təmirinə yox. Hamı görür ki, həmin pullar futbola deyil, hansısa başqa “işlərə” sərf olunur. Stadionların vəziyyəti göz qabağındadır, bölgə klubları da güclə ayaqda qalırlar. Amma AFFA üçün əsas maraq başqa yerdədir – kresloda rahat oturmaq və cib doldurmaq.

Görünür ki, AFFA-nın gözündə "İmişli" bütün səhvlərin “ideal günahkar”ı rolunu oynayır. Ya da nəyinsə qisası alınır...

HÜSEYN RƏŞADOĞLU

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR