son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

Aqil Nəbiyev: “İnanıram ki, kuboku qazanacağıq”

Bölmə adı Milli
Yayımlandı 1-10-2025, 20:51

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Qırğızıstan yığmasına qarşı keçirilən oyunla (4:0) bağlı fikirlərini bildirib.

Sport1.az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın ikinci hissədə daha yaxşı çıxış etdiyini deyib: “Bu, turnirdə ikinci matçımız idi. Rəqibin Tacikistan yığması ilə keçirdiyi ilk görüşü izləmiş və təhlil etmişdik. Futbolçularıma demişdim ki, bu oyun bizim üçün daha çətin olacaq. Çünki Qırğızıstan yığmasının itirəcəyi bir şey qalmamışdı və onların aqressiv olacaqlarını bilirdik. İki fərqli hissə izlədik. Birinci hissədə orta sahədə rəqibə boşluqlar verdik. Fasilədən sonra iki əvəzetməyə əl atdıq. İkinci hissədə topa daha çox nəzarət etdik, dominant oyun sərgilədik. 4 qol vurmağımıza baxmayaraq, qaçırdığımız epizodlar da oldu. Vacib qələbə qazanaraq, finala yüksəldik”.

Aqil Nəbiyev finaldakı rəqibləri Rusiya yığmasını təhlil etdiklərini söyləyib: “Finaldakı rəqibimiz Rusiya yığması güclü komandadır. Rəqibin turnirdəki ilk oyununu təhlil etmişik. Hələ turnir başlamazdan əvvəl qarşımıza finala yüksəlmək və çempion olmaq hədəfi qoymuşduq. İlk məqsədimizə nail olmuşuq. İnanıram ki, finalda da düzgün oyun göstərərək, kuboku qazanacağıq”.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Rusiya oyunu saat 14:00-da başlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR