Azərbaycan millisi finalda

Bölmə adı Milli
Yayımlandı 26-09-2025, 13:46

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarına start verilib.

Sport1.az xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistan 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.

Bu gün Azərbaycanın kişilərdən ibarət millisi isə 1/4 finalda Özbəkistanla görüşəcək.

Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək.

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR