son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: Yeni mövsümə start verilir ● FİBA Avropa Kuboku: "Neftçi" cavab matçına çıxır ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlir ● "Şəfa" rəhbərliyi Avropa Futbol Klubları Baş Assambleyasında ● Premyer Liqa klublarının yay transferləri ● İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qalib gəldi ● Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ● I Liqa: IV turun oyun cədvəli açıqlanıb ● “Marafon”dan darmadağın ● ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib ● Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb ● “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı ● Amerikalı basketbolçu “Sumqayıt”da ● AMADA Londondakı beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ●

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bölmə adı Digər
Yayımlandı 21-09-2025, 10:22

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Sport1.az xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha sonra Formula 1 üzrə əsas yarış start götürəcək.

Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. "Uilyams"da çıxış edən Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 2 üzrə sprint yarışında isveçli Dino Beqanoviç (“TGR”) birinci, britaniyalı Luke Brouninq (“TGR”) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin”) üçüncü yeri tutub.

Pilotların siyahısında “McLaren”də çıxış edən Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci, Maks Ferstappen 230 xalla üçüncü yeri tutub.

Konstruktorlar kubokuna isə 617 xalla “McLaren” komandası başçılıq edir. “Ferrari” 280 xalla ikinci, “Mersedes” 260 xalla üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Red Bull” (239), “Uilliams” (86), “Aston Martin” (62), RB (61), “Kick Sauber” (55), “Haas” (44), “Alpine” (20) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR