son dəqiqə SON DƏQİQƏ
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ● Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib ● Günün oyunları: ● "Xankəndi"də yeni baş məşqçi ● İngiltərə səfərdə Çexiyaya qarşı, İspaniya Xorvatiyanı qəbul edir ● "Qarabağ"ın qapıçısı Zlomisliç millidə növbəti matçına çıxdı ● Puxaç Polşa millisində oyuna çıxdı, komandası İsveçə məğlub oldu ● "Qarabağ"ın legioneri zədələndi ● II Liqada 5-ci tur: "Ağdaş" "Ağstafa Gənclərinə" belə uduzdu ● "Hypers" "Şəki"ni darmadağın etdi ● İtaliya Türkiyə səfərindən 3 xalla qayıdır ● “Qarabağ”ın futbolçusu oynadı, komandası Ermənistanı məğlub etdi ● Ağırlıqqaldıranlarımızdan Afinada 3 medal ● Elizaveta Linnikova MAA-da ● “Şəmkir” - “Şirvan” matçında 5 qol ●

U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq

Bölmə adı Milli
Yayımlandı Bu gün, 13:13

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa Çempionatına əsas mərhələdən start verəcək.

Sport1.az xəbər verir ki, final mərhələsi 2027-ci ildə Qazaxıstanda keçiriləcək yarışın püşkatma mərasimi oktyabrın 2-də, saat 16:30-da keçiriləcək.

Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq.

Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər.

Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək. Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq.

Hazırda reytinq cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq.

Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək.

Hər qrupun oyunu mini-turnir şəklində bir ölkədə keçiriləcək və yalnız 1-ci pilləni tutacaq komandalar final mərhələsində oynamaq hüququ qazanacaq.

Mini-turnirlərə evsahibliyi edəcək 7 ölkə məlumdur. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır.

Futzalçılarımız püşkdən sonra yer alacağı qrupun 4-cü komandası olacağına görə, Rumıniya və Moldova ilə qarşılaşmayacaq.

Avropa Çempionatının final mərhələsi gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Astana şəhərindəki "Jekpe-Jek Hall"da keçiriləcək.

Əsas mərhələnin qrup qalibi olacaq 7 komandaya Qazaxıstanın da müvafiq yaş qrupuna aid millisi qoşulacaq.

1-ci səbət (ev sahibi): Portuqaliya (qrupunun 1-cisi), Sloveniya (qrupunun 1-cisi), İtaliya (qrupunun 1-cisi), Xorvatiya (qrupunun 2-cisi), Türkiyə (qrupunun 2-cisi), Moldova (qrupunun 4-cüsü), Rumıniya (qrupunun 4-cüsü)

2-ci səbət (qrupunun 1-cisi): İspaniya, Ukrayna, Fransa, Çexiya

3-cü səbət (qrupunun 2-cisi): Macarıstan, Polşa, Belçika, Serbiya, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 3-cüsü): Finlandiya, Latviya, Belarus, Yunanıstan, Niderland, Slovakiya, İngiltərə

5-ci səbət (qrupunun 4-cüsü): Azərbaycan, Monteneqro, ilkin mərhələ, A qrupunun qalibi, ilkin mərhələ, B qrupunun qalibi, ilkin mərhələ, C qrupunun qalibi

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR